manera.az
manera.az

Məşhur dirijor Heydər Əliyev Mərkəzində konsert verəcək

📅 03.10.2018 23:27

Məşhur dirijor Heydər Əliyev Mərkəzində konsert verəcək
Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq.

Mərkəzdən MANERA.AZ-a verilən məlumata görə, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Tamaşaçılara görkəmli bəstəkarlar Volfqanq Amadey Motsart və Antonin Dvorjakın əsərləri təqdim olunacaq.

Azərbaycanın Xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsertdə solist olaraq çıxış edəcək.


Baxış sayı - 1 541 | Yüklənmə tarixi: 03.10.2018 23:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930