manera.az
manera.az

Tbilisidə Azərbaycan xalçalarının sərgisi açılıb

Tbilisidə Azərbaycan xalçalarının sərgisi açılıb
Tbilisidəki “Axundzadə Evi” İncəsənət Qalereyasında Azərbaycan xalçaları, rəsm əsərləri və tətbiqi incəsənət nümunələrindən ibarət “Şərq nağılları” adlı sərgi açılıb.

MANERA.AZ xəbər verir ki, sərgidə 25- dən çox Azərbaycan xalçası ilə yanaşı, Ağa Məhəmməd şah Qacarın nəslinə aid rəsm əsərləri, vazalar, naxışlı minalanmış qablar, mis kuzələr, məşhur rəssamlar Rixard-Karl Zommer və Franz Rubonun şərq mövzusunda olan tabloları da nümayiş etdirilir.

Ümumilikdə sərgidə şəxsi kolleksiyalarında saxlanılan 60-dan çox təsviri və tətbiqi incəsənət nümunələri və qədim Azərbaycan xalçaları nümayiş olunur.

Azərbaycan xalçaları Tbilisidə yaşayan müxtəlif millətlərin nümayəndələrinin şəxsi kolleksiyalarına məxsusdur. Sərgilənən xalçalar arasında Quba, Şamaxı, Qarabağ və Azərbaycanın digər bölgələrinə aid olan xovlu və xovsuz xalça nümunələri var. Bu xalçalar öz təbii rəng və keyfiyyətlərini itirməyiblər.

Oktyabrın 30-dək davam edəcək sərgi çərçivəsində həmin xalçaların satışı da nəzərdə tutulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930