manera.az
manera.az

Azərbaycan xalçaları haqqında ensiklopediya

📅 13.12.2017 13:07

Azərbaycan xalçaları haqqında ensiklopediya
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar mədəniyyət işçisi Röya Tağıyevanın ingilis dilində "Azərbaycan Xalçası Ensiklopediyası" nəşr olunub.

MANERA.AZ xəbər verir ki, Şərq -Qərb Nəşriyyat və Poliqrafiya Evi tərəfindən nəfis tərtibata malik olan "Azərbaycan Xalçası Ensiklopediyası" 626 səhifədən, 400-ə yaxın yüksək keyfiyyətli illüstrasiyadan və elmi ədəbiyyatlar siyahısından ibarətdir. Hər bir illüstrasiyanın mənbəyi eksponatın toxunduğu dövr, bölgə, saxlandığı muzey və ya kolleksiya olduğu qeyd olunub.

Ensiklopediya elmi məqalələr, onlara aid fotoşəkil, rəsm və sxemlər ilə zəngindir. Ensiklopediyanın ingilis dilində olması və məhz xarici muzeylərdə, qalereya və şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi onların artıq beynəlxalq səviyyədə tanınmasını təmin edəcək.

Qeyd edək ki, yanvar ayının 5-i 2018-ci il tarixində müəllif Röya Tağıyevanın iştirakı ilə Amerikanın Nyu York şəhərində yerləşən "Metropoliten" muzeyində "Azərbaycan Xalçası Ensiklopediyası"nın təqdimat mərasimi keçiriləcək.


Baxış sayı - 1 774 | Yüklənmə tarixi: 13.12.2017 13:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031