manera.az
manera.az

Bakıda Peru rəsssamlarının sərgisi açılıb

📅 27.09.2018 12:08

Bakıda Peru rəsssamlarının sərgisi açılıb
“Art Tower” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə gerçəkləşib.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərgidə Perudan olan dörd rəssamın əsərləri nümayiş olunur. O, əsərlərin yerli sakinlər, eləcə də ölkəmizin qonaqları üçün maraqlı olacağını diqqətə çatdırıb.

Perunun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Kastanyon Seoanı sərginin açılmasında əməyi olan hər kəsə öz minnətdarlığını bildirib. Qeyd edib ki, fırça ustaları möhtəşəm And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların ətəklərindən axan Amazon çayını və onun qollarını təşkil edən çayları, habelə böyük göllərini, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini öz əsərləri vasitəsilə təqdim edirlər.

Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış olublar. Sərgidə “Amazon”, “Volkan vadisi, Arekipa”, “Pinçoyo, Kolka vadisi”, “İki nəsil, qapakçiko və puno qadını” və digər rəsm əsərləri nümayiş olunur.

“Art Tower” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı sərgi oktyabrın 6-dək davam edəcək.


Baxış sayı - 1 090 | Yüklənmə tarixi: 27.09.2018 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031