manera.az
manera.az

Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

📅 25.09.2018 10:30

Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc azərbaycanlı rəssam Fuad Babazadənin əsərlərinin sərgisi açılıb.

MANERA.AZ xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə reallaşan sərginin açılış mərasimində Gürcüstanın mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları, tələbə-gənclər iştirak ediblər.

Bildirilib ki, sərgidə rəssamın 30-dan çox əsəri nümayiş olunur. Gənc rəssamın yağlı boya və portret üslubunda çəkdiyi rəsmlər maraqla qarşılanıb.

Rəssamı təbrik edənlər, onun yaradıcılığının parlaq gələcəyi olduğunu bildiriblər.

Gürcüstan Rəssamlıq Akademiyasında ağac üzərində oyma sənətinə yiyələnən rəssamın əl işlərinə böyük maraq var.
Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb
Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb


Baxış sayı - 1 692 | Yüklənmə tarixi: 25.09.2018 10:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031