manera.az
manera.az

Sən keçdiyin küçələrdə-Şeirlər

📅 12.03.2018 17:29

Sən keçdiyin küçələrdə-Şeirlər


Münhendə çəkilən şəkil


Münhen küçələrində
Çəkilən şəkillərinə baxıram...
Saçların küləyin nəvazişi ilə,
daranır...
Solğun bir səhərin
İsti baxışında qızınır bu şəhər...
Əlindəki çanta
Sənin saf gülüşünün
şahidi olur...
Bir də bu şəkillərə
Baxan insanın
Ürəyinə həsrətdən
acı dolur...
Bu şəhərin ən gözəl yeri
Sənin dayandığın yerdi...
Sən keçdiyin küçələrdə
Adamı xoşbəxtlik tutur.
Sən olduğun yerin adı,
Ümidsiz günlərdən çıxmaqdı...
Sənsiz bütün şəhərlər,
Solmaqdı, saralmaqdı, darıxmaqdı...

Allaha məktub

Əvvəl özünü unudasan,
Sonra qonşudakı itin adını.
Ümidləri itirəsən biryolluq,
Qaçırasan tənhalığın dadını.

Uzaq bir şəhərə bilet alasan,
Yükün bir çamadan azadlıq ola.
Son qəpiyi dilənçiyə verəsən,
Zəngin arzularla çıxasan yola.

İçəsən buludların sağlığına,
Göy təşəkkür edə sənə yağışla.
Sonra məktub göndərəsən Allaha,
Yazasan ki, gedənləri bağışla...

Tural Cəfərli
Manera.az


Baxış sayı - 2 481 | Yüklənmə tarixi: 12.03.2018 17:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031