manera.az
manera.az

"Mikayıl Müşfiqə məktub"- Tural İsmayılovun şeiri

📅 02.12.2017 12:41

"Mikayıl Müşfiqə məktub"- Tural İsmayılovun şeiri


Tural İsmayılov

Mikayıl Müşfiqə məktub

Yenə o bağ olaydı
Anamızın əllərini hamıdan güclü biləydik
bezəndə hər şeydən
hər yerdən
Anamızın gözlərindən güclənərdik.

Yenə o küçə olaydı
Saçlarını dartaydıq qonşu qızların
Valideynləri şikayətə gələydi.
Uşaq məsumluğu ilə
Dünyanın ən pis insanlarını
dalaşdığımız uşaqların valideynləri biləydik.

Yenə o məktəb olaydı
Hər səhər soyutma yumurta
Və qaymaqdan ilhamlanıb
Dərsə gedəydik,
Böyümək dərsindən kəsilməyəydik.

Yenə o paslı qatarlar olaydı
Gedən sərnişinlərə
Ləngər vuran vaqonlara
Əl yelləyib
Bircə ömürdən ölümə səyahəti
Dərk etməyəydik.

Yenə o Müşfiq olaydı-
Güllədən qorxmayan.
Şeiri yandırıb
Ruhumuza kül üfürəydi.
Bizi sətirlərinin üsyanında
Səmaya qaldıraydı.

MANERA.AZ


Baxış sayı - 2 102 | Yüklənmə tarixi: 02.12.2017 12:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031