manera.az
manera.az

“Sonsuz Dəhliz” filmi Madrid festivalında | MANERA.AZ

“Sonsuz Dəhliz” filmi Madrid festivalında | MANERA.AZ
manera.az
Litvalı rejissor Aleksandras Brokasın Xocalı soyqırımı haqqında çəkdiyi “Sonsuz Dəhliz” (“Endless Corridor”) filmi beynəlxalq kinofestivalların rəğbətini qazanmaqda davam edir. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb.

Avropa Azərbaycan Cəmiyyətindən bildiriblər ki, iyulun 10-da Madrid və Tenerife Beynəlxalq Film festivalları “Sonsuz Dəhliz” filmini “Ən yaxşı sənədli film” və Aleksandras Brokası “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib.

Filmin beynəlxalq uğuruna sevinən A.Brokas bu münasibətlə deyib: “Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm.

“Sonsuz Dəhliz” filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır.

Madrid və Tenerife Beynəlxalq Film festivallarında qazandığımız bütün mükafatları, həmçinin “Accolade Global Film Competition” müsabiqəsində aldığımız “The Best of Show” mükafatını biz filmin qəhrəmanlarına və Xocalı faciəsində həlak olmuş insanların əziz xatirəsinə həsr edirik.

“Accolade” nəşrinin mükafatı beynəlxalq kino sənayesində çox nüfuzlu mükafatlardan biridir. Müsabiqənin münsifləri Hollivudun məşhur film yaradıcılarıdır. Onlar, həmçinin “Emmi” və “Oskar” (Akademiya mükafatları) mükafatları üçün keçirilən səsvermədə də iştirak edirlər. Bu mükafata layiq görülmək “Sonsuz Dəhliz” filminin 2015-ci ilin ən yaxşı sənədli filmi olması deməkdir. Bu mükafatı qazandığımıza görə bizim gələn il “Emmi” mükafatları almaq şansımız da artır”.

“Sonsuz Dəhliz” filmi bütün dünyada keçirilən 60-dan artıq kino festivalına təqdim edilib. Çoxları bu filmi artıq rəsmi proqramlarına daxil ediblər. Növbəti festival Cənubi Afrikada keçirilən nüfuzlu Keyptaun Film Festivalıdır. Həmçinin gələn ay Toronto IFF və AFI FEST (Amerika Film İnstitutu) da öz rəsmi seçimlərini elan edəcək”.

Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

“Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilən film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən soyqırımının təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Filmdə Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

“Sonsuz Dəhliz” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. Həmçinin Türkiyənin “Kanal 24” kanalında və Albaniyanın Milli Televiziyasında nümayiş olunub. Dünyanın aparıcı televiziya kanalları da filmi nümayiş etdirməyə hazırlaşır.
“Sonsuz Dəhliz” filmi Madrid festivalında | MANERA.AZ
“Sonsuz Dəhliz” filmi Madrid festivalında | MANERA.AZ
“Sonsuz Dəhliz” filmi Madrid festivalında | MANERA.AZ
“Sonsuz Dəhliz” filmi Madrid festivalında | MANERA.AZ
“Sonsuz Dəhliz” filmi Madrid festivalında | MANERA.AZ
/AzərTacБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031