manera.az
manera.az

28 aprel - kinorejissor Tahir Əliyevin doğum günüdür

28 aprel - kinorejissor Tahir Əliyevin doğum günüdürBu gün kinorejissor Tahir Əliyevin doğum günüdür. O, 1975-ci ldə Bakı şəhərində anadan olub. 1993-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsini, 2012-2014-cü illərdə Türkiyyə Cümhuriyyəti İstanbul Beykent Universitetinin Sinema üzrə magistrliyini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti (1995-2000), "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor (2003-2007), AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor (2007-2008) kimi çalışıb. 2008-ci ildən "Salnamə" kinostudiyasında quruluşçu rejissordur. Respublika "Gənclər mükafatı"na (2005), Kinematoqrafiya sahəsindəki uğurlarına görə "İlin ən yaxşı sənədli film rejissoru" mükafatına (2005), V Beynəlxalq Audio-Vizual Kinofestival (xüsusi mükafat), 2005 (Bakı) V Volakalamsk Beynəlxalq Kinofestivalı (mətbuat mükafatı) – 2007 (Moskva), VII Beynəlxalq Audio-Vizual Kinofestival (xüsusi mükafat) - 2007 (Bakı), V Avroasiya Beynəlxalq Kinofestivalı (I dərəcəli diplom) - 2009 (Sevastopol), XVlll- "Zolotoy Vityaz" Kinoforumu (diplom) - 2009 (Lipetsk), lV "İnsan və Müharibə" Beynəlxalq Kinofestivalı (priz) - 2009 (Yekaterinburq), Ərzurum Universitetinin Eyitim fakültəsinin xüsusi diplomu – 2009 (Ərzrum), Sloveniya Respublikası Novo-Qoriça şəhərinin Fəxri Mükafatı – 2010 (Novo-Qoriça), "Bilik Aləmi" Beynəlxalq Kinofestivalı xüsusi diplomu -2010 (Sankt-Peterburq), "S.Bondarçuk adına" Beynəlxalq Kinofestivalı (priz) - 2010 (Volakalmsk), XX - "Zolotoy Vityaz" Kinoforumu (diplom) - 2011 (Kursk), Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı (diplom)-2014 laiq görülmüşdür.

"Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Kazan, Minsk, Sankt-Peterburq, Bursada keçirilən Beynalxalq Kino Festivalların iştirakçısı olub. Azərbaycan və MDB Kinematoqrafçılar İttifaqının və Azərbaycan Peşakar Kinorejissorlar Gildiyasının üzvü,“Zolotoy Vityaz” Kinoforumunun laureatıdır.

Tahir Əliyev Yaz havası (bədii film, 1998), Özgələr arasında doğma (sənədli film, 2004), Akademik Yusif Məmmədəliyev (sənədli film, 2005), Nəimi (sənədli film, 2005), Çalış, nəfəs alma (sənədli film, 2006), Kuklalar, adamlar... (sənədli film, 2006), Sərhədsiz ürək (sənədli film, 2006), Səhra gülü (sənədli film, 2007), Sofya (sənədli film, 2008), Təxəllüsü "Mixaylo" (sənədli film, 2008), Parisli azərbaycanlı (sənədli film, 2009), Xəzərdən Dunaya (sənədli film, 2010), Kazım Qarabəkir Paşa (sənədli film, 2010), Qafqaz qartalının uçuşu (sənədli film, 2010), Sizi çox sevirəm (sənədli film, 2010), 21-ilin payızı (sənədli film, 2011), Medo Hollandiyadadır (sənədli film, 2011), Unudulmuş partizan (sənədli film, 2012), Sərçələrin payı (bədii film, 2011), Tbiliso (bədii film, 2013), Əsir uşaqlar (sənədli film, 2013), Səsdən usanmışlar (bədii film, 2014), Qafqazdan Appeninə (sənədli film, 2014), Səssiz vağzal (bədii film, 2015), Düdəngədən Münhenə (sənədli film, 2015) kimi filmlərin rejissorudur.

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930