manera.az
manera.az

Nobel qardaşlarının Bakıdakı fəaliyyətindən bəhs edən film | MANERA.AZ

📅 29.06.2015 13:09

Nobel qardaşlarının Bakıdakı fəaliyyətindən bəhs edən film  | MANERA.AZ

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən qısametrajlı film çəkilir.

Kinostudiyadan bildirilib ki, “Postskriptum” adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayev, operatoru Əli Sultan, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır. Həmçinin əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri rol alıb. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir. / AzərTac


Baxış sayı - 1 869 | Yüklənmə tarixi: 29.06.2015 13:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930