manera.az
manera.az

Görəsən, quşlar da “quş” buraxırlar?! ... | MANERA.AZ

📅 30.06.2015 22:50


Görəsən, quşlar da “quş” buraxırlar?! ... | MANERA.AZ
***
“Quşbeyin” deyirlər ağılsızlara,
“Kaş ki, quş olaydım...” deyən insanlar.
Özləri demişkən, “quş” buraxırlar,
Quş ətin ləzzətlə yeyən insanlar.

“Quşlamaq” sözünü düşmürəm başa,
İnsan səhv edirsə, quşdu günahkar?!
Bəlkə də, təhqirdir hansısa quşa,
Çünki, nə məna var, nə də məntiq var!

“Uç burdan!” sözü də təhqir sayılır,
İnsana quş deyib həddi aşırlar.
Lakin, düşünmürlər, quşlar, bəlkə də,
Uçduqca Allaha yaxınlaşırlar!

Qardaş, sən bu haqda nə düşünürsən?
Quşa “quş insandan çoxdu!” deyirsən?
İnsanlar yaradan quşxanalardan,
Quşların xəbəri yoxdu deyirsən?!

Quşlar da yığışıb fikirləşiblər,
İnsanlar səhvə “quş” niyə deyiblər?!
Bəlkə, görüb insan düşüncəsini,
Quşlar insan olmaq istəməyiblər!

Haçandır, oturub fikirləşirəm,
Quşlar bu söhbətə necə baxırlar?
Mənə maraqlıdır, həqiqətən də,
Görəsən, quşlar da “quş” buraxırlar?!

Ramil Kərimov




Baxış sayı - 3 635 | Yüklənmə tarixi: 30.06.2015 22:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031