manera.az
manera.az

Deməyin uşaq yazarı yoxdur! - LAYİHƏ

Manera.az uşaq ədəbiyyatına öz töhfəsini vermək məqsədi ilə “Deməyin uşaq yazarı yoxdur!” layihəsi ilə görüşünüzə gəlir. İlk olaraq sizə Quliyev Mehrəli Əlimərdan oğlundan nümunələri təqdim edirik.

Deməyin uşaq yazarı yoxdur! - LAYİHƏMüəllif 1954-ci il fevralın 4-də Xaçmaz rayonunun Bostançı kəndində, ziyalı ailədə doğulmuşdur.
Orta təhsilini kənd orta məktəbində başa vurduqdan sonra Azərbaycan Dövlət pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olan mehrəli Quliyev 1981-ci il də ali təhsilini bitirmişdir. 1978-ci ildən bu günə kimi Bostançı kənd məktəbində müəllim kimi faəliyyət göstərir. Pedaqoji işində fərqləndiyinə görə 1989-cu il də baş müəllim adına layiq görülmüşdür.
Orta məktəbdəb dövründən başlayaraq yaradıcılıqla məşqul olan müəllifin 250-dən artıq elmi, publisistik, metodik məqalələri, bədii yazıları mətbuatda işıqlandırılmış, 50-dən çox məqaləsi isə Azərbaycan radiosunda səsləndirilmişdir.
O, 7 kitabın müəllifidir: “Qəmdən uzaq qaçıram”(2004), “Narahat qəlbin səsi” (2004), “Ürəkdən gülə bilmirəm” (2006), “Molla Nəsrəddin-100 (müasir lətifələr) (2007) “Adının mənası nədir” (2009), “Əyilməzdir vüqarım” (təmsillər) (2010) və “Məktəbə get, can bala!”.
Xaçmaz rayon “Ulduzlar” ədəbi məclisinin üzvüdür.
Ailəlidir, 2 övladı var.


Təqdim etmək bizdən oxuyub, qiymətləndirmək sizdən..

Sona və nənəsi

- Nənə, dişlərin varmı?
Deyib soruşdu Sona.
- Salamatdır yarısı,-
Nənəsi dedi ona.

- Onda bu qoğalımı
Bir müddət saxla, nənə,
Yarısını yesən də,
Yarısı qalsın mənə!

Bahar gəlir

Yurdumuza bahar gəlir,
Sevinc ilə gülə-gülə.
Fərəhindən nəğmə qoşur,
Nazlı bülbül qəşəng gülə.

Gəl, baharım, sən gələndə
Çiçək açır arzularım.
Gül, baharım, sən güləndə
Dilə gəlir könül tarım.

Qədəm bassın yurdumuza
“Novruz” adlı el bayramı.
Qəm-qüssədən azad olub
Şənlik etsin, gülsün hamı!
Əl saxla!

Ay qardaş, əl saxla, tulla baltanı,
Meşənin qəlbinə yara salırsan!
Təbiət anadır, biz qoruyanı;
Sən ki, öz kökünə balta çalırsan!

Onsuz da az əkib, çox qırırıq biz,
Həyatda hər şeyin bil ki, sonu var.
İnsan yaşayarmı yalın, geyimsiz,
Torpağın da meşə adlı donu var.

Ey ovçu, götürmə tüfəngi ələ,
Silahsız seyr elə çölü, çəməni.
Bezikmiş quşlar da gəlibdir dilə,
Artıq həyəcanla deyir nəğməni.

Bu gün qorumasaq dünyanı əlbət,
Xeyirlə açılmaz sabahın üzü,
Nə gələcək nəsil, nə də təbiət,
Bağışlamaz heç vaxt səhvlərimizi!

Qartal olmaq iddiası

Zirvəyə qonmaq üçün
Çəyirtkə uçdu göyə.
Başı qayaya dəydi,
O. yem oldu sərçəyə.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930