manera.az
manera.az

Mətbuat günü yeni qəzetin təqdimatı olub

📅 23.07.2017 21:20

Mətbuat günü yeni qəzetin təqdimatı olub
İyulun 22-də Milli Mətbuat günü ilə əlaqədar olaraq "Yeni dalğa" adlı ədəbi qəzet xüsusi buraxılışı təqdim olunub.

Qəzetin təqdimat mərasimi "Azərkitab" Kitab Mərkəzində baş tutub.

Tədbirdə iştirakçılarından Xan Rəsuloğlu, Faiq Balabəyli, Namiq Hacıheydərli və başqaları çıxış edərək Azərbaycan mətbuatından söz açıb qəzetin redaksiya heyətinə tövsiyə və təkliflərini vermişdir.

Eyni zamanda gənc yazarlardan İntiqam Yaşar, Dinməz Türk və digərləri qəzet haqqında fikirlərini bölüşüb.

Qeyd olundu ki, qəzetin yayına başlamasının başlıca məqsədi ədəbi mühitdə bədii estetik zövqün formalaşması, dünya ədəbiyyatı və mövcud ədəbi prosesi ilə ədəbi ictimayətin arasında körpü yaratmaq, baş verən hadisələri sizlərə çatdırmaqdır. Eyni zamanda bu istiqamətdə yeni ciddi imzaları- istedadları üzə çıxarıb ölkə və dünya çapına təqdim etməkdi.
Mətbuat günü yeni qəzetin təqdimatı olub
"Yeni dalğa"nın ilk sayında yerli ədəbiyyatımızdan Mövlud Süleymanlının ( Şapkamı geyinən) hekayəsi, Əlisəmid Kürün, Aqşin Yeniseyin, və Esmira Məhiqızının silsilə şeirləri, Musa Yaqubla müsahibə eyni zamanda xarici ədəbiyyatdan Umberto Ekonun "Manifest"ləri; Orhan Pamukdan, Çarlz Bukoviskidən, Murat Menteşdən, Pol Valeridən, Şarl Bodlerdən ( Salam Sarvanın, Tural Turanın, Ümid Nəccarinin təqdimatında) tərcümələr yer almışdı.

Qeyd edək ki, qəzetin ayda bir dəfə çap olunması nəzərdə tutulub.


Baxış sayı - 1 799 | Yüklənmə tarixi: 23.07.2017 21:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031