manera.az
manera.az

“Tanrı qağaya ismarış” - Yeni kitab imzalandı

📅 06.05.2017 22:00

“Tanrı qağaya ismarış” - Yeni kitab imzalandı


Bu gün Bakı Yunus Əmrə İnstitutunda gənc şair Tural Turanın sayca üçüncü kitabı olan “Tanrı qağaya ismarış” adlı kitabının təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə ədəbi mühitin tanınmış simaları, mediya nümayəndələri və gənc qələm adamları iştirak edib.

Tədbir şair Emil Rasimoğlunun moderatorluğu ilə baş tutub. Tədbiri açıq elan edən E.Rasimoğlu Tural Turanın ədəbi yaradıcılığı haqda danışaraq yazarın yeni şeirlərdən ibarət “Tanrı qağaya ismarış”kitabından bəhs edib.
Sonra gənc yazarlar çıxış edib şairin ədəbi nümunələrinə münasibət bildirmiş, onun yeni kitabından şeirlərini səsləndirmişlər.

Tədbir müəllifin yeni kitabının imzalanma mərasimi ilə başa çatıb.

Yusif Qurbanlı

“Tanrı qağaya ismarış” - Yeni kitab imzalandı


“Tanrı qağaya ismarış” - Yeni kitab imzalandı


“Tanrı qağaya ismarış” - Yeni kitab imzalandı


Baxış sayı - 1 749 | Yüklənmə tarixi: 06.05.2017 22:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031