manera.az
manera.az

”Ədəbiyyat”ın güzgüsü sınanda... - MANERA.AZ

Ədəbi mühit və onun güzgüsü ”ədəbiyyat” qəzeti...

Bu yaxınlarda ədəbi mühitin güzgüsü sayılan “ Ədəbiyyat “ qəzeti kökdən düşmüş musiqi alətətinə bənzəyirdi. Sanki musiqiçi yeni-yeni əsərlər yaratmaq əvəzinə çox çalışsa da notlar ipə-sapa yatmadığından eyni ritmlə səslənirdi. Yazdığım bənzətmənin açması budur ki, 2014- cü ilin ortalarından başlayaraq sözügedən qəzetdə əsaslı dəyişiklikər nəzərə çarpmağa başladı.

Sözsüz ki, kadr dəyişikliyi öz işini görməyə bilməzdi. Əlbəttə, müəyyən səbələrdən dolayı “Ədəbiyyat” qəzetinin keçmiş baş redaktoru Ayaz Vəfalı öz vəzifəsindən istefa edərək AYB-nın sədri Anar müəllimin təşəbüsü ilə kürsüsünü Azər Turana təhvil verdi. Atılmış bu addım ədəbiyyatsevərlərin qəlbinə su çilədi. Çünki AYB – də nüfuzlu sayıla biləsi qələm əhli və oxucular da anlayırdılar ki, həqiqətən bu qəzetin nüfuzu iflasa uğrayıb.

Qəzetə elə bir rəhbər lazım idi ki, onun nüfuzunu yenidən özünə qaytarsın. Bu qəbildən Azər müəllim bir ədəbiyyatşunas alim kimi hamıda inam yaradırdı ki, o işinin öhdəsindən layiqincə gələcək və qəzetdə yeniliklər edəcək. Bəli, Azər müəllim ədəbi mühitin və oxucuların etimadını doğrultmağa başladı. Əvvəllər “Ədəbiyyat” qəzeti üfunət qoxusu vururdusa, çox keçmədi Azər Turan zəhməti bəhrə verməyə başladı. İlk öncə qəzetin səhifələrinin sayı artırıldı. Bu isə o demək idi ki illərlə növbə gözləyən gənc yazarlara meydan verildi. Bəli istedadların çağdaş ədəbiyyatımızda üzə çıxması üçün atılan bu addım alqışlanmalıdır. Çünki müasir ədəbiyyatımızda boşluqlar mövcuddur. Klassiklərimiz meydana gəldilər, yazıb-yaradıb öz irslərini gələcək nəsillərə miras qoyub getdilər.


Məncə ədəbiyyatı inkişaf etdirmək üçün bu ənənəni davam etdirmək lazım idi. Azər müəllim də bu işlərin öhdəsindən yetərincə gəlir. Mən özüm də “ Ədəbiyyat “ qəzetinin oxucularındanam. Qəzeti izlədikcə dəyərli qələm sahibləri yazıları ilə öz yerlərini tutmasının dəfələrlə şahidi olmuşam. Amma buna baxmayaraq qəzetin fəaliyyətində müəyyən çatışmamazlıqlar da özünü göstərir. Bu yaxınlarda sözügedən qəzetin 11 aprel sayını izlərkən 3-cü səhifədə yer alan iki gənc yazarın yaradıcılığından olan nümunələrə fikir bildirmək istəyirəm. Qəzetlə tanış olduqca 3-cü səhifədə nəşr olunan şeirlərə (şeir demək mümkünsə) təəccübləndim. Ədəbiyyat qəzetinin redaktoru yeniləndikdən sonra əsaslı dəyişikliklər olduğundan söz etmişdim. Lakin oxuduqlarım məni çaşdırdı. Düzdür, qəzetdə əsaslı dəyişikliklər getməklə yanaşı gənc yazarların səviyyəsiz şeirlərinə də rast gəldim və özüm-özümə sual verdim ki, görəsən bu qəzetin yaradıcı heyyəti hara baxır?

Gəlin şeirlər yerləşdirilmiş 3-cü səhifəyə nəzər yetirək. Şeirlərin müəllifi Anar Nəbioğludur. Mənim fikrimcə, onun şeirləri mental dəyərlərə sığmayan cızma- qaradır. Məsələn:.
Elə azdırıb ki, bu ürək məni
Canımı alacaq bu çiçək mənim
Tək mənim, tək mənim, Allah tək mənim
Bu qız səhərəcən mənim olacaq.

Bu şeir insan düşüncəsində başdan-başa erotik səhnə yaradır. Niyə unudulur ki, poeziyada ədəbsiz ifadələrdən istifadə etmək olmaz. Poeziya saf, incə könül duyğularının toplumudur. Qəzetin şeir bölümündən cavabdeh şəxs kimi Sərvaz Yusifoğlu niyə unudur ki, hər yoldan ötəni şair adı ilə ictimayyətə sırımaq olmaz. Demək belə çıxır ki, Sərvaz Yusifoğlunun dediyi Avropa üslublu Çağdaş ədəbiyyatımızda poeziya nümunəsi budur. Bu şeiri seçib qəzetə təqdim edən REDAKTORUN gözləri hara baxır. Digər bir nümunəyə diqqət edək. Anar Nəbioğlu yazır:

Bu gecə uzundur qısa deyil ki,
İlahi, bəsimdir kəpənək ömür..
Gör necə azdırıb, bu ürək məni,
Tək mənim, tək mənim, Allah, tək mənim,
Bu qız səhərəcən mənim olacaq.

Bu kimi nümunələri artırmaq olar. Digər bir şerində yazır:

Yandı atəşində bu dodaq, bu əl,
Səni öpmək, səni sevməkdən asan
Mən səni öpdükcə öpərəm gözəl
Sən isə pıcılda yorulmayasan..

Mən onu da bilirəm ki, nəşr olunan qəzet Yazıçılar Birliyinə də gedib çıxır. Maraqlıdır, görəsən AYB-də ad alan ədəbi mühitin “şedevr”ləri sayılan qələm əhli bu və bunun kimi şeir nümunələrinə hansı reaksiyanı verirlər?

Onların içərisində sözünü deyə bilən tənqidçi yoxdur ki, çıxıb meydana tənqidi fikrlərini qəzetin redaksiyasına çatdırsın?

Bəlkə heç Azər Turanın bu yazılardan xəbəri yoxdur?

Bəlkə ədəbi mühitdə də qohumbazlıq meydan sulayır?

Azər müəllim islami əxlaqa sahib olan bir insandır. İnanmıram ki, o vəzifəsində belə boşluğa göz yumsun. Guman edirəm ki, onun da ətrafında etibar etdiyi simalar var. Misal olaraq şeir bölməsinə nəzarət edən Sərvaz Yusifoğlunu nəzərdə tuturam. O öz işinin başındadırsa niyə nəzarət zəifdir? Təəcüblü deyil ki, sözügedən qəzetin marağında olanlar çoxdur. Oxucu belə şeir nümunələrini oxuyub hansı nəticəni çıxarıb desin ki, hə, müasir ədəbi mühitdə gözəl şairlər yetişir?! Məsələyə obyektiv yanaşsaq, ədəbi mühitdə yeni yaradıcı qol yetişir, lakin bunu layiqincə üzə çıxarmaq lazımdır. İnandırım ki,mən oxucu olaraq həmin müəllifin şeirlərinin ilk iki misrasını oxuyanda çox əsəb keçirdim. İnana bilmərəm ki, qəzetin baş redaktoru Azər müəllim belə səviyyəsiz “şaircikləri” nüfuzlu bir qəzetin həndəvərinə yaxın düşməyə imkan versin. Maraqlıdır, yəni ədəbi mühitdə də bu qəlibə salınmış redaksiyalar var? Demirəm ki, qəzet tamamilə bərbad vəziyyətdədir, ƏSLA.. Qəzeti izlədikcə görürəm istedadı olan gənc yazarlar var, lakin elə ləyaqətli gənclər var ki, şeirləri illərdir dəftərlərdə saralıb və yaxud redaksiyanın hansı küncündə kağız toplusu kimi atılıb qalıb. Sərvaz Yusifoğlu ilə bu barədə dəfələrlə söhbətlərim olub. Sərvaz müəllim əxlaqlı, utancaq gənclərin şeir nümunələrini şəxsi senzurasından keçiərək məhv edir. Hansı ki, bu yaradıcılar öz haqqlarını müdafiə edə bilmirlər. Sual edirəm Niyə? Ona görə ki, belə qələm sahiblərinin yazdığı şeir nümunələri yuxarıdakı müəllifin şeirləri kimi əttökən deyil hə? Əgər belə zir-zibilə şeir demək mümkünsə..

Məni daha çox təəccübləndirən isə həmin səhifədə yan-yana başqa bir müəllifin Ələmdar Cabbarlının “Allahın adından qaçan bəndələr”, “Ata qəbristanlıq yaman böyüyür”, “Sənsiz üşüdüm KƏLBƏCƏR” belə başlıqlar altında gedən şeirlərini o biri müəllifin qələmi ilə müqayisə edin və görün ki, hansı alqışlanmalıdır. Sizdən söruşuram ey işinin başında olan məsul şəxslər Ələmdar Cabbarlının şeirləri Anar Nəbioğlunun şeirlərilə eyni səhifədə yer alması hansı məntiqə uyğundur? Seçiminizə niyə məsuliyyətlə yanaşmırsınız? Mən dəfələrlə öz fikrimi Sərvaz Yusifoğluna bildirmişəm. O isə cavabında bildirib ki, fikirlərini sağlam tənqidlə yazılı şəkildə mətbuatla bildir.. Mən də publisist kimi səbr kasam dolub daşdığından tənqidçi kimi öz fikirlərimlə sizlərə, yəni oxuculara müraciət edirəm. Mən öz sözümü oxucu olaraq deməliyəm, çünki gənc yazarlar arasında haqqı tapdanan qələm sahibləri var. Əslində xalqımız belələrinin qələmindən daha gözəl ədəbiyyat nümunəsi qazanar. Son nəticə olaraq Sərvaz Yusifoğlunun tədbirlərdən birində işlətdiyi ifadəyə əsasən "Ədəbiyyat" insanın özünə ucaltdığı abidə olmalıdır".

Bəli Sərvaz müəllim, ABİDƏ olmalıdır! Amma elə abidə olmalıdır ki, əsrlər keçsə belə gərək üstünə toz yığılmasın.

Ədəbi mühitə sağlam tənqid lazımdır. Əsaslı tənqid və senzura isə “Ədəbiyyat” qəzetinə gərəkdir. Çünki Ədəbiyyatımız- xalqımızın, millətimizin, mənəviyyatımızın, ədəbimizin güzgüsüdür. Hər bir şəxsiyyət özünü o güzgüdə tapa bilməlidir. Əsas odur ki, simamız güzgüyə alabəzək ləkələr salmasın.

AYB-də oturan tənqidçilər ayıq-sayıq olun, ədəbi mühitdə müasir, çağdaş ədəbiyyata doğru irəlləyən SUNAMİNİN qarşısını yalnız bu yolla almaq olar.Yeni ədəbi qolu isə yalnız bu minvalla sağlam şəkildə qoruyub saxlaya bilərik. İmkan verməyin ki, öz kəndirində boğulan ədəbi mühit məddahların əlində CAN VERSİN...
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930