manera.az
manera.az

Azərbaycan ədəbiyyatı naminə daha bir layihə | MANERA.AZ

Azərbaycan ədəbiyyatı naminə daha bir layihə | MANERA.AZ
manera.az
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu yeni uğura imza atıb. Ədəbiyyat İnstitutu ilə Rusiyada çıxan “Literaturnaya qazeta”nın birgə layihəsi işıq üzü görüb. Moskvada A3 formatında nəşr olunan “Literaturnaya qazeta”nın budəfəki nömrəsinin (№ 25-26, 24-30 iyun 2015-ci il) dörd səhifəsi bütövlükdə Azərbaycan şifahi xalq poeziyasına həsr olunub. Qəzetin səhifələrində şifahi xalq ədəbiyyatının lirik janrlarında olan nümunələrindən çoxlu sayda seçmələr verilib.

İnstitutdan AzərTac-a bildiriblər ki, bu, “Literaturnaya qazeta”nın AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə oxuculara təqdim etdiyi ikinci layihədir. Qəzetin bu ilin aprelində Ədəbiyyat İnstitutu ilə birgə ilk layihəsi Rusiyada yaranan Azərbaycan diaspor ədəbiyyatına həsr edilib. Təkcə Rusiyada deyil, geniş mənada rusdilli beynəlxalq auditoriyada kifayət qədər böyük nüfuza malik olan “Literaturnaya qazeta” postsovet ölkələri arasında ilk dəfədir ki, konkret bir respublikanın Elmlər Akademiyası ilə, həm də ayrıca bir elmi-tədqiqat institutu ilə birlikdə xüsusi layihə - dörd səhifəlik əlavə çap edir. Ədəbiyyat İnstitutu ilə “Literaturnaya qazeta”nın xüsusi buraxılışı həm institutun, həm də bu məşhur qəzetin tarixində ilk və əhəmiyyətli hadisədir.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin ideyası ilə reallaşdırılan layihə “Literaturnaya qazeta”nın “Azərbaycan – Turanın incisi” adlı əlavəsi ilə oxuculara təqdim olunub. Əlavə akademik İ.Həbibbəylinin və yazıçı, ədəbiyyatşünas, institutun elmlər doktorluğu üzrə doktorantı Abuzər Bağırovun “Poetik folklor irsi: milli mentalitetin kodu” adlı böyük həcmli məqaləsi ilə açılır.

Məqalədə ümumiyyətlə bədii ədəbiyyatın yaranmasında folklorun rolu, o cümlədən Azərbaycan şifahi xalq ədəbiyyatının yaranması, tarixi təkamül mərhələləri haqqında ətraflı danışılır. Müəlliflər şifahi xalq ədəbiyyatının janrları, mövzu dairəsi, ideya istiqamətləri barədə oxuculara hərtərəfli məlumat verərək Azərbaycan yazılı ədəbiyyatının yaranıb formalaşmasında və inkişafında folklorun rolunu ön plana çəkiblər. Xalq ruhunun bədii təqdimində, düşüncə sintezində, milli fikrin formalaşmasında mühüm dəyərə malik olan şifahi ədəbiyyatın böyük əhəmiyyət daşıdığı xüsusi vurğulanan məqalədə dünya xalq şeiri nümunələri ilə müqayisələr aparılmaqla Azərbaycan ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yoluna nəzər salınır, “Avesta” kitabı, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları, ədəbi istiqamətlər və mərhələlər üzrə bir sıra görkəmli şair və yazıçılarımızın yaradıcılığından söz açılır. Məqalədə Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində səciyyələndirilərək həm də uzun əsrlər boyu öz xalqının əsl, dərin və səmimi insani duyğularını, humanizm və sülhpərvər ideyalarını yüksək bədii səviyyədə mənalandıran böyük ədəbiyyat faktı kimi təqdim olunur. Yaxın Şərqin üç əsas ədəbi dilində: ərəb, fars və türk dillərində yaradılan Azərbaycan ədəbiyyatının unikallığı hələ qədim zamanlardan milli xarakteri ifadə etməklə bərabər, başqa dillərə, mədəniyyətlərə dözümlü münasibətilə fərqləndiyi də nəzərə çarpdırılır.

“Literaturnaya qazeta”da Azərbaycan poetik folklor nümunələri “Xalq boğçasından ilahi xəzinə” başlığı altında oxuculara çatdırılır. Müxtəlif mövzuları əhatə edən çeşidli bayatılar, laylalar, yanıltmaclar, tapmacalar, mərasim (toy, Novruz və s.) nəğmələri, xalq mahnıları “Literaturnaya qazeta”nın əlavəsində Vladimir Qafarovun, Alla Axundovanın və Tatyana Straşnevanın tərcümələrində verilib.

Qəzetin əlavəsində Azərbaycan xalçaları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, rəssam Fəxrəddin Əlinin çəkdiyi rəsmlər də yer alıb ki, bu da səhifələrin cəlbedici tərtibatını nəzərə çarpdırmaqla yanaşı, layihənin əsas məqsədi olan xalq ruhunun əyani əks etdirilməsinə kömək göstərir.

Özünəməxsus ənənələrə və böyük auditoriyaya malik olan “Literaturnaya qazeta”nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə layihəsi rusdilli oxucularda Azərbaycanın poetik folklor ədəbiyyatı haqqında geniş və dolğun təsəvvürlərin yaranmasına imkan verəcək. Bu, müstəqillik dövründə Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təbliği istiqamətində atılmış ən böyük və əhəmiyyətli addımlardandır.

Layihənin davam etdirilməsi, sonrakı əlavələrin klassik və müasir Azərbaycan ədəbiyyatına həsr olunması nəzərdə tutulur. Layihənin əlaqələndiricisi, filologiya elmləri namizədi Abuzər Bağırov artıq Azərbaycan poeziyasından rus dilinə ən yaxşı tərcümələrin seçilib müəyyənləşdirildiyini bildirib.

“Literaturnaya qazeta”nın Azərbaycan ədəbiyyatına dörd səhifəlik əlavəsi Rusiya ilə ədəbi əlaqələrimizin tarixində də yeni və əlamətdar hadisədir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031