manera.az
manera.az

"Çətirsiz" - Mövludun ilk kitabı təqdim edildi


"Çətirsiz" -  Mövludun ilk kitabı təqdim edildi
Bu gün M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum yazıçı Mövlud Mövludun “Çətirsiz” adlı hekayələr kitabının təqdimatı keçirilib.

Təqdimatı giriş sözü ilə açan Yaradıcılıq Fondunun Aparat rəhbəri Qismət Rüstəmov Mövlud Mövludun yaradıcılığından və kitabın ərsəyə gəlməsindən danışıb. O, bundan sonra Mövludun daha iki kitabının hazırlanacağını deyib .

Daha sonra Kəramət Böyükçöl dostu Mövludla bağlı xatirələrini bölüşüb.

Təqdimatda millət vəkili Fazil Mustafa “Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, tanınmış yazıçılar Səfər Alışarlı, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Kənan Hacı, Faiq Balabəyli, Kəramət Böyükçöl, Aqşin Evrən, Qan Turalı, media nümayəndələri və oxucular iştirak edib. Mövlud Mövludun qələm dostları, tanışları çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər.

Təqdimat mərasimində Mövludun həyat yoldaşı Sevinc Fədai və övladı Ucal da iştirak edib.

Qeyd edək ki, Mövlud Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü yaşayış binasının 17-ci mərtəbəsindən ataraq intihar edib


Baxış sayı - 1 782 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728