manera.az
manera.az

Mahnı Teatrında uşaqlar üçün yeni tamaşa

📅 09.06.2017 20:56

Mahnı Teatrında uşaqlar üçün yeni tamaşa


İyunun 18-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında uşaqlar üçün İ.Morazovun əsəri əsasında hazırlanmış “Doktor Aybolit” adlı tamaşanın premyerası olacaq.Mahnı Teatrının təşkilatçılığı ilə nümayiş ediləcək səhnə əsəri xoreoqraf Ella Hacıyevanın quruluşunda təqdim ediləcək.

Gözlənilməz macarlarla dolu olan səhnə əsərinin janrı ikipərdəli baletdir. Tamaşanın qəhrəmanı bütün növ heyvanları xilas etmək üçün mübarizə aparır.

Tamaşanın premyerasına qatılmaq istəyənlər biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Turan Etibaroğlu


Baxış sayı - 1 334 | Yüklənmə tarixi: 09.06.2017 20:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930