manera.az
manera.az

Əli Əmirlinin əsəri Naxçıvan səhnəsində

Əli Əmirlinin əsəri  Naxçıvan səhnəsində


Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” iki hissəli komediyası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası nümayiş etdirilib.
Yeni tamaşa tanınmış dramaturqun “Ağa Məhəmməd şah Qacar” və “Varlı qadın” pyeslərindən sonra Naxçıvan teatrında səhnəyə qoyulan üçüncü əsəridir. Əsərdə keçid dövrünə xas olan ailə dramı mövzusunda yazılmış komediyanın səhnə təcəssümü dövrün mənzərəsini yaradan tamaşa kimi maraqla izlənib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyev kiçik aktyor heyəti ilə maraqlı və dinamik səhnə əsəri yarada bilib.

Tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədovdur.

Əsas rolları Əməkdar artistlər Əbülfəz İmanov, Bəhruz Haxverdiyev, artistlərdən Nurbəniz Niftəliyeva, Zəminə Baxşaəliyeva, Cəbrayıl Nəbiyev və Nazlı Hüseynquliyeva ifa ediblər.

Onu da qeyd edək ki, Əli Əmirlinin 1994-cü ildə qələmə aldığı bu komediya ilk dəfə mərhum rejissor Hüseynağa Atakişiyevin qurluşunda onun rəhbərlik etdiyi Dövlət Gənclər teatrında tamaşaya qoyulub.

Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031