manera.az
manera.az

Dövlət Mahnı Teatrında iki maraqlı tamaşa

📅 24.01.2017 10:30

Dövlət Mahnı Teatrında iki maraqlı tamaşa
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Samuel Marşakın “Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunub.

Rejissor Ella Hacıyevanın quruluşunda təqdim olunan tamaşa balacalar tərəfindən maraqla qarşılanıb.

Şən musiqi və rəqslərlə zəngin tamaşa ibrətamiz həyat hadisələri üzərində qurulub.

Xronometrajı 1 saat 10 dəqiqə olan səhnə əsəri kiçik və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Sənət ocağı çoxsaylı müraciətləri nəzərə alaraq yanvarın 29-da E.Hacıyevanın quruluşunda “Şahzadə və qurbağa” balet-tamaşası ilə yenidən balacaların görüşünə gələcək.


Baxış sayı - 1 196 | Yüklənmə tarixi: 24.01.2017 10:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930