manera.az
manera.az

“Senyor Todero-xuliqan”ın premyerası olacaq

📅 07.02.2017 12:30

 “Senyor Todero-xuliqan”ın premyerası olacaq

Martın 12-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Karlo Qoldoninin “Senyor Todero-xuliqan” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq.

Tamaşa Azərbaycanın Xalq Artisti Məbud Məhərrəmovun 60 illik yubileyinə həsr edilib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskidir. Rolları Xalq Artisti Məbud Məhərrəmov, Əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abaszadə, aktyorlar Mariya Dubovitskaya, Maqsud Məmmədov, Olqa Arsentyeva, Oleq Əmirbəyov və başqaları ifa edəcəklər.

Biletləri teatrın kassasından və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.


Baxış sayı - 1 552 | Yüklənmə tarixi: 07.02.2017 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031