manera.az
manera.az

“Oda”dan yeni tamaşa

📅 25.03.2015 15:32

“Oda”dan yeni tamaşa
Martın 28 və 29-da “Oda” teatrında yeni tamaşanın premyerası olacaq.


türk yazar Müzaffer İzgünün “Sərhəd” əsəri əsasında hazırlanan “Tikanlı məftillər”səhnəyə qoyulacaq. Tamaşanın rejissoru İmam Həsənov, aktyorları Elmin Bədəlov və Niyaz İlyasoğludur.

Tamaşa Neviniya və Seviniya adlı iki ölkə arasındakı sərhəddə baş verən hadisələr fonunda cərəyan edir. Münaqişə mövzusunda hazırlanmış tamaşada iki düşmən əsgəri üz-üzə dayanıb, hadisələrin gedişatı isə hər ikisinin gözləmədiyi şəkildə baş verir.
Əsəri türk dilindən tərcümə edən Anar Cəfərli, rəssam Qəmbər Qəmbərli, karikaturist isə Cavad Qafarovdur.
Saat 19:00-da başlayan tamaşanın biletləri 3 AZN-dir.
Qeyd edək ki, biletləri əldə etmək və ünvanı tapmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq olar.

Tel: 050 394 48 64 və 070 219 83 33
Ünvan: Dilarə Əliyeva küçəsi 141


Baxış sayı - 1 918 | Yüklənmə tarixi: 25.03.2015 15:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930