manera.az
manera.az

“Nar bağı”nın dünya təqdimatı


“Nar bağı”nın dünya təqdimatı
İlqar Nəcəfin “Nar bağı” bədii filmi “Karlovy Vary” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival iyunun 30-dan iyulun 8-dək Çexiyada baş tutacaq. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsərinin dünya təqdimatı festivalın “Qərbin Şərqi” müsabiqə proqramında keçiriləcək.

“Azərbaycanfilm” kinostudiyasından Manera.az-a bildirilib ki, “Nar bağı” proqramın açılış filmi olaraq təqdim olunacaq.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31