manera.az
manera.az

“İnikas” bədii filmi Beynəlxalq Film Fesivalında

“İnikas” bədii filmi Beynəlxalq Film Fesivalında
Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” bədii filmi Rusiyanın Esperanza Beynəlxalq Film Fesivalının əsas müsabiqə proqramında nümayiş etdiriləcək.

Festival 18-25 avqust tarixlərində Moskvada keçiriləcək.

Filmin süjet xətti SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn müəmmalı hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda nə ilə qarşılaşacağından xəbərsizdir...

Qeyd edək ki, "İnikas" bədii filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmışdır.

Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və digərləri canlandırıblar.

Turan Etibaroğlu
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031