manera.az
manera.az

“Qırmızı bağ” ən yaxşı film oldu

“Qırmızı bağ” ən yaxşı film  oldu

“Qırmızı bağ” filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

Proqramın əsas mükafatı filmimizə Kanada, İslandiya, İtaliya, Qırğızıstan və Filippindən olan münsiflər heyəti tərəfindən təqdim olunub. Festivala 60 ölkədən 150 ekran əsəri qatılıb.

Qeyd edək ki, Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Filmin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə baş rolları aktyorlar Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031