manera.az
manera.az

"Dərs” ən yaxşı film oldu |MANERA.AZ

📅 13.09.2016 11:00

"Dərs”  ən yaxşı film oldu |MANERA.AZ

Azərbaycanlı rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından MANERA.AZ-a bildirilib ki, MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdikləri festival sentyabrın 3-dən 10-dək Rusiyada keçirilib. “Dərs” filmi festival çərçivəsində Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdirilib.

Məktəb həyatından, yeniyetmələrin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edən “Dərs” tammetrajlı bədii filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsərinin beynəlxalq təqdimatı 34-cü Münhen Film Festivalında baş tutub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.



Baxış sayı - 1 797 | Yüklənmə tarixi: 13.09.2016 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930