manera.az
manera.az

"Nabat" filmi Almaniyada | MANERA.AZ

"Nabat" filmi Almaniyada | MANERA.AZ
Almaniyanın Ştarnberq şəhərində 9-cu "Fünf Seen" ("Beş göl") beynəlxalq müstəqil film festivalı işə başlayır.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, festivalın müsabiqə proqramına rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi də daxil edilib. Avqustun 9-dək davam edəcək festivalda Hindistan, Rusiya, Türkiyə, Kanada və digər ölkələrdən filmlər yer alıb. "Nabat" bədii filmi festivalda avqustun 6-da nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.

Qeyd edək ki, bu il "Nabat" filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq film festivalında təqdim olunub və üç mükafata layiq görülüb. Bundan əlavə, ekran əsəri bu il Hindistanda 13-cü Pune film festivalında, İranda 33-cü Fəcr kinofestivalında mükafatlar qazanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728