manera.az
manera.az

“Qorqud atadan günümüzə aşıqlıq ənənəsi"- Simpozium başlayıb

📅 01.03.2017 11:32

“Qorqud atadan günümüzə aşıqlıq ənənəsi"- Simpozium başlayıb

Bakı Dövlət Universitetində (BDU) Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə "Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium keçirilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını və türkdilli ölkələrdən gəlmiş çoxsaylı qonaqları salamlayıb, bu tədbirin Bakı Dövlət Universitetində keçirilməsini yüksək qiymətləndirib.

Bildirib ki, təxminən 100 il bundan əvvəl-1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin ilk 2 fakültəsindən biri Tarix-filologiya adlanıb, ötən dövr ərzində xalqımızın milli-mənəvi dəyərləri, o cümlədən qardaş türk xalqları ilə bağlı müştərək tariximiz, mədəniyyətimiz dərindən araşdırılıb. Bu irsin ən dəyərli nümunələrindən biri olan "Dədə Qorqud” abidəsinin zəngin tarixini, onun mifologiyadan yazıya, eposdan kitaba çevrilmək qüdrətini tədqiq etmək baxımından alimlərimiz çox böyük işlər görüblər.


Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, Türkiyənin "Türk dili” qurumunun rəhbəri, professor Mustafa S.Kaçalin, Bayburt Universitetinin rektor köməkçisi Süleyman Ciydem, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Sebahattin Balcı, Qazaxıstan Respublikası Qorqud Ata Elmi Araşdırmalar İnstitutunun müdiri Şirinbek Koylibayev, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış ediblər.

Qeyd edilib ki, Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir.

Türkiyədən 27, Azərbaycandan 14, Qazaxıstandan 5, Qırğızıstan 4 və ümumilikdə 53 tədqiqatçı və müğənninin iştirak etdiyi simpozium bölmə iclasları ilə davam edib. İclaslarda aşıq sənəti və ənənələrindən, ayrı-ayrı el sənətkarlarından bəhs edən mövzular ətrafında müzakirələr aparılıb, mədəni tədbirlər keçirilib və Dədə Qorqud bəstələri səsləndirilib.

Onu da bildirək ki, simpozium çərçivəsində Bakı Dövlət Universiteti ilə Bayburt Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
“Qorqud atadan günümüzə aşıqlıq ənənəsi"- Simpozium başlayıb


“Qorqud atadan günümüzə aşıqlıq ənənəsi"- Simpozium başlayıb


Baxış sayı - 1 319 | Yüklənmə tarixi: 01.03.2017 11:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031