manera.az
manera.az

Müsabiqənin qalibləri bəlli oldu_ FOTOLAR /MANERA.AZ

Müsabiqənin qalibləri  bəlli oldu_ FOTOLAR /MANERA.AZ
Bakı Dövlət Universitetində (BDU) Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə türk ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əhməd Həmdi Tanpınarın xatirəsini anma tədbiri keçirilib.

Tədbir iştirakçıları yazıçının kitablarından ibarət sərgi ilə də tanış olublar.

Daha sonra tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli yazıçı Əhməd Həmdi Tanpınarın yaradıcılığının əhəmiyyətindən, türk ədəbiyyatındakı rolundan danışıb. Bildirilib ki, Əhməd Həmdi Tanpınar türk dünyasının məşhur yazarlarından biridir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar, AYB-nin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev ədibin ömür yolundan bəhs edib, yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Cəmiyyətdə təhsilin mühüm rolunu xatırladan natiqlər gənclərə təhsildə yüksək nailiyyətlər qazanmağı tövsiyə ediblər.

Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Makbule Koçak tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sonra Yunus Əmrə İnstitututunun müdiri İbrahim Yıldırım “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb. Belə ki,

*Nəriman Əbdülrəhmanlı, Yazıçı – tərcüməçi

*Zərəngiz Dəmirçi Qayalı, - şairə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri,

* Məmmədova Təranə Vahid qızı,
“Ulduz” jurnalında baş redaktor müavini,

* Yeganə Nəhmətulla qızı İsmayılova,
Filologiya üzrə elmlər doktoru, professor

* Qurbanlı Lamiyə Şaiq qızı,
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi


yarışmanın qalibləri elan olunaraq mükafatlandırılıblar.

Manera.az tədbirdən fotoları təqdim edir:

Müsabiqənin qalibləri  bəlli oldu_ FOTOLAR /MANERA.AZ
Müsabiqənin qalibləri  bəlli oldu_ FOTOLAR /MANERA.AZ
Müsabiqənin qalibləri  bəlli oldu_ FOTOLAR /MANERA.AZ
Müsabiqənin qalibləri  bəlli oldu_ FOTOLAR /MANERA.AZ



Baxış sayı - 2 299 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930