manera.az
manera.az

EPOS VƏ ETNOS - beynəlxalq simpozium | MANERA.AZ

EPOS VƏ ETNOS - beynəlxalq simpozium | MANERA.AZ

“Kitabi-Dədə Qorqud”un elm aləminə bəlli olmasının 200 illik yubileyinə həsr edilmiş beynəlxalq simpozium

MANERA.AZ xəbər verir ki, Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bakı Slavyan Universiteti (BSU) və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə noyabrın 12-də beynəlxalq simpozium keçirilib.

Simpoziumu giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev tədbirin əhəmiyyətindən danışıb: “Prezident İlham Əliyevin imzaladığı sərəncam əslində Azərbaycanın alman aliminə minnətdarlığının ifadəsidir. 1815-ci ildən bu günə qədər müxtəlif alimlər tərəfindən “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı bir çox işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti yanında Bili Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Univesiteti bu istiqamətdə mühim layihə və tədbirlər həyata keçirir”. Dövlət müşaviri vurğulayıb ki, Mərkəz tərəfindən Dastanın “Təpəgöz” boyunun 25 dilə tərcümə və nəşri nəzərdə tutulub. Onun sözlərinə görə, "Dədə Qorqud" dastanı bir məkanla məhdudlaşmır. Dastan təkcə türk xalqlarının abidəsi deyil, dünya çapında mühüm abidədir. “Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının beynəlxalq aləmdə təbliğidir.
EPOS VƏ ETNOS - beynəlxalq simpozium | MANERA.AZ

BSU-nun rektoru, professor Asif Hacıyev
simpoziumun Dastanla bağlı həyata keçirilən layihələrin davamı olduğunu vurğulayıb. Rektor bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanının geniş təbliği, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd edilməsi böyük türk abidəsinə olan hörmət və qayğının təcəssümü idi. Prezident İlham Əliyev də bu ənənəni əzmlə davam etdirir. Dövlət başçısının Dastanın 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam göstərir ki, milli-mənəvi dəyərlər dövlət siyasətinin əsas mahiyyətini təşkil edir. Bu istiqamətdə BSU-da bir-birindən maraqlı tədbirlər keçirilir.

Qafqaz Universitetinin rektoru, professor, Dr. Ahmet Saniç və AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov çıxışlarında “Kitabi Dədə Qorqud” dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz mövqedən danışıblar. Qorqudşünaslığın tarixi və gələcəyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün dünyada silsilə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan natiqlər beynəlxalq simpoziumun işinə uğurlar arzulayıblar.

Simpozium çərçivəsində Bakı Slavyan Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Qafqaz Universiteti arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

Beynəlxalq simpozium plenar çıxışlarla davam etdirilib.

Türkiyənin Hacettepe Universitetinin professoru, Dr. Şükrü Haluk Akalın “Dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin qaynağı Kitabi-Dədə Qorqud”, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev “Dədə Qorqud kitabı”nda boy tutumu məsələsi, dosent Vahid Adilov “Kitabi-Dədə Qorqud”da işlənmiş bir neçə ifadə haqqında, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva “Kitabi-Dədə Qorqud”da mürəkkəb cümlə sintaksisi” mövzularında çıxış ediblər.

Aytəkin Qardaşova

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930