manera.az
manera.az

“Kitabi-Dədə Qorqud”un 200 illiyinə həsr olunmuş simpozium - MANERA.AZ

📅 06.11.2015 15:35

“Kitabi-Dədə Qorqud”un 200 illiyinə həsr olunmuş simpozium - MANERA.AZ

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos” və “Etnos” adlı beynəlxalq simpoziumu keçirilib.

MANERA.AZ xəbər verir ki, simpozium Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AMEA-nın Nizami adına Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə reallaşıb.
“Kitabi-Dədə Qorqud”un 200 illiyinə həsr olunmuş simpozium - MANERA.AZ
Tədbirdə vurğulanıb ki, beynəlxalq əhəmiyyətli simpozium Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.

Natiqlər vurğulayıb ki, ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub.

Simpoziumda dastanın tədqiqi tarixindən bəhs edən mühazirələr dinlənilib və fikir mübadiləsi aparılıb.


Baxış sayı - 2 464 | Yüklənmə tarixi: 06.11.2015 15:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031