Qan Turalı və "Əli və Nino" savaşına sözardı... - MANERA.AZ
![]()
Manera.az Manaf Kərimov
Azərbaycanlı yazarların kitabları niyə satılmır və yaxud niyə kitab dükanları o kitabları satmaqda maraqlı deyil?
Birinci onu qeyd edək ki, Azərbaycanda geniş oxucu kütləsinə malik (yazdığı mətnə qarışmıram) yazar olduqca azdır və onlar da oxucunu nəzərə alaraq kitablarını öz oxucularına hədiyyə edir. Belə də həmin insanların kitablarının satılmaması və kitab evlərinin də həmin kitabları satmaqda maraqlı olmaması başa düşüləndir.
İkinci; kitab evi biznesin bir növü olaraq bütün maraqları öz biznes maraqlarına qurban verməsi başa düşülən olmalıdır. Necə ki, yazar öz kitabının satılmasında öz biznes maraqlarını düşünür. Kitab evləridə məhz satılacaq kitabın vitrinə qoyulmasında öz biznes marağını güdməkdə haqlıdır.
Üçüncü; Azərbaycanda yazar və kitab nəşri azadlığının bol olmasıdır. Təsəvvür edin söz azadlığı nəticəsində hər kəs öz kitabını nəinki kitabını hətta ailə albomunuda kitab halında buraxa bilər. Nəşriyyat öz biznes maraqlarını düşünüb belə hallara göz yumursa kitab dukanlarıda elə bu səbəb ilə öz biznes maraqlarını düşünərək elə kitablara stop deməkdə haqlıdır.
Dördüncü; kasıbın biri meşədən bir ağac qırıb balalarını qızındırmaq istəyənda təbiəti sevənlər hay-həşir salırsa bəs niyə ədəbiyyatsevərlər bizim ədəbi zövqümüzü korlayan bu başabəla yazarlar barədə haray salmırlar və üstəlik belələrinə görə Qan Turalı kimi qələm sahibləri ilə kitab dükanı arasında problemler yaranır (nəzərə alsaq ki, kitabların çapında da ağacların soyqırımının izləri var buna görədə təbiətsevərlər susmamalıdır).
Nəhayət, sonuncu və beşinci səbəb bu artıq nəticədir.
Məncə, ədəbiyyatda xüsusən də kitab çapında senzura mütləq olmalıdır. Yoxsa bu kitab çap etdirmək bizlərə hələ çox problemlər yaradacaq. Əgər nəşriyyat hər yazarın kitabını çap edəcəksə və öz zəhmətinə özü qiymət verməyəcəksə, sadə oxucu öz puluna qiymet verib o kitabı almayacaqsa bəs onda qazanan və itirən kim olacaq? Təbii ki, itirən qazanandan daha çox olacaq.
Yeri gəlmişkən, bu gün Qan Turalın kitabını vitrində görən Məmmədhəsən də öz kitabını onun yanında görmək istəyəcək. Gəl indi Məmmədhəsəni başa sal ki, ay Məmmədhəsən, sənin yazdığınla Qan Taralın yazdığı hər ikisi kitab adı altında millətə sırınsa da, içindəkilər tam fərqlidir. Məmmədhəsəndə bunu başa düşməyə baş, "Əli və Nino" dükanında işləyənlərin isə bunu ona anlatmağa boş vaxtı yox...
Manera.az