manera.az
manera.az

İnsanı kitabdan ayırmaq olmaz! – MANERA


İnsanı kitabdan ayırmaq olmaz! – MANERA
Tanınmış yazar Qan Turalın kitablarının "Əli və Nino” mağazası tərəfindən qəbul edilməməsinə görə tərəflər arasında narazılıqlar davam edir. Hazırda bir qrup yazar mağazaya boykot əməliyyatı həyata keçirirlər. Baykota qoşulan yazarlar qeyd edirlər ki, adı gedən mağazalar şəbəkəsi Azərbaycan ədəbiyyatına layiqli yer ayırana qədər onlara satış üçün kitab verməyəcək, ümumiyyətlə, bu şəbəkə ilə bütün münasibətləri kəsəcəyik.

Manera.az olaraq məsələ ilə bağlı digər yazarların da fikirlərini öyrənməyə çalışdıq. Sorğunu təqdim edirik:



İnsanı kitabdan ayırmaq olmaz! – MANERA
Mehman Qaraxanoğlu
Bütün hallarda əngəllələr yolverilməzdir. Amma kitab evlərini baykota çağırış da doğru yol deyildir. Optimal variantı danışıq stolu arxasında seçmək olar.






İnsanı kitabdan ayırmaq olmaz! – MANERA
Aqşin Ervən
Məncə, bir kitab mağazası istənilən halda - hətta Markesi vitrindən çıxarası olsa belə, öz qələm adamının kitabını satmalıdır. Ən azından, "Ali və Nino" Qan Turalın kitabının 100 nüsxəsini götürə bilərdi. Ancaq bu da bizə haqq vermir ki, kitabı boykot edək. Mən həmişə deyirəm, bir insan hətta kulinariya kitabı oxusa da, onu kitabdan ayırmaq olmaz. XVI əsrdə ispanlar mayyalıların bir neçə kitabxanasını yandırmışdılar. Bunun nəticəsidir ki, nəhəng mayya sivilizasiyası haqda əlimizdə çox az məlumat var. Mayya demişkən, dünən səhər satıcı Maya xala da Qan Turalın kitabını istədi.


İnsanı kitabdan ayırmaq olmaz! – MANERA
Rəşid Bərgüşadlı
Mən, "Əli və Nino"nu bir özəl kommersiya şirkəti kimi qəbul edərək, onların seçim haqqına hörmətlə yanaşıram. Məncə, qarşı tərəf də piyarın öz əleyhinə işlədiyini anlayıb dayanmalıdır.



İnsanı kitabdan ayırmaq olmaz! – MANERA
Cavanşir müəllim
Tam əmin olmasam da, balığın başdan iylənməsi məsələsidir...Onlar belə əngəllərə vergi yoxlamalarından sonra getdilər!
Gənc yazarlarımızın şablonsuz yazılarından ehtiyat edirlər...



İnsanı kitabdan ayırmaq olmaz! – MANERA
Vəfa Mürsəlqızı
Buna qarşıyam. Amma bizim millətdə özümüzdən başqa hər şeyə güclü meyil var.Bu həmişə belə olub. Amma bu gün müəlliflərin bəziləri geninə, boluna xarici ədəbiyyatdan sitat gətirməyi də sevərək buna özləri şərait yaradıblar.




Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31