manera.az
manera.az

Qan Turalıdan yeni kitab... - İMZA GÜNÜ

📅 20.05.2015 18:28

Qan Turalıdan yeni kitab... - İMZA GÜNÜ

Yazıçı Qan Turalının yenicə çapdan çıxmış "Doqquz hekayə" kitabının imza günü keçiriləcək

Müəllif manera.az-a bildirib ki, kitabda onun son illərdə yazdığı hekayələr toplanılıb. Mövzu və forma baxımından rəngarəng olan kitaba "Prokurorun üç günü" adlı detektiv uzun hekayəsi də daxil edilib. "Doqquz hekayə" kitabı yazıçının sayca ikinci nəsr kitabıdır. Bu kitab unudulmaz yazıçımız Rafiq Tağının xatirəsinə ithaf edilib.

Qeyd edək ki, imza günü 23 may saat 14:30 - 16:00-a qədər Gənc Tamaşaçılar Teatrının foyesində olacaq.

Manera.az olaraq müəllifi təbrik edir, bütün oxucuları, ədəbiyyatsevərləri tədbirə dəvət edirik.

Manera.az


Baxış sayı - 2 193 | Yüklənmə tarixi: 20.05.2015 18:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031