manera.az
manera.az

Dərd başımıza damır... Şeir

📅 29.11.2016 00:07

Dərd  başımıza damır... Şeir
Ruzbeh Məmməd

***
Yaşayın deyən kişilər,
Günümüzə düşəsiz təki.
Cəhənnəmə gedən yolda,
Önümüzə düşəsiz təki.

Dərd başımıza damır,
Qarnımız ac, əlimiz xamır,
O tərəfdə məmur-məmur,
Əlimizə düşəsiz təki.

Yığdığınız hədər ola,
Yediyiniz zəhər ola,
Günümüzdən betər ola,
Dilimizə düşəsiz təki.


Baxış sayı - 1 706 | Yüklənmə tarixi: 29.11.2016 00:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31