manera.az
manera.az

Namusu ilə fırlanan “kişilər”...

Namusu ilə fırlanan “kişilər”...


Yusif Hansen


Qadınlar cəmiyyətimizin ayrılmaz hissəsi sayılır. Cəmiyyəti qadınlarsız təsəvvür etmək olmur. Amma düşünürəm ki, biz kişilər qadınlarımızın qədrini yetərincə bilmirik.

Cəmiyyətimizdə qadınlara fərqli yanaşmalar var; paltaryuyanı, qabyuyanı əvəz edən, uşaq artımını təmin edən... və s.
Günümüzdə qadına xanım olaraq dəyər verilməkdənsə, alət kimi “kullanılır” deyərdim.

Yazdıqlarıma görə məni qınaya, özümü ağıllı kimi göstərməkdə suçlaya bilərsiz. Amma mənim məqsədim tam başqadır. Gənc olaraq xanımlarımızı cəmiyyətimizdə layiq olduğu yerdə görmək arzusundayam. Cəmiyyətimizin bu yöndən maariflənməsini səmimi qəlbdən istəyirəm.

Cəmiyyətimizdə qadınlarımız aldadılır, təhqir olunur, alçaldılırlar. Gündəmə diqqət edək; “bəy gəlini toyunda döydü”, “qadın al-verinə qurban gedən azyaşlı qız...” və s. kimi ürək dağlayan hadisələr...

Çox uzağa getməyək; Bizdə evlilik üçün “qızı almaq” birləşməsində “almaq” sözü hər şeyi açıq-aşkar göstərir. Qadın bir əşyadır sanki. İstəyi, arzusu, məqsədi tanınmayan varlıq...

... Əxlaqsız insanlar həm kişi, həm də qadın cinsində mövcud olub və olacaq da. Sözümün canı, ürəyimin yandığı məhz saf, təmiz qadınlarımızdır. Qadınlarımızın, qızlarımızın aldadıldığını, istifadə edildiyini eşidəndə çox sarsılıram. Özünü kişi sayan bəzi tiplər qızlarımıza əşya, yataq tələbatlarını ödəmək üçün vasitə kimi yanışırlar. Hansısa qızı necə “fırlatdığı”, istifadə etdiyi ilə öyünən, yanından keçən hər qadına “nə bomba şeydir” və s. kimi sözləri ilə sataşan, eybəcər səslə nömrəsini qışqıran, maşını saxlayıb əxlaqsız təkliflər edən kişiciklər nə yazıq ki, çoxdur günümüzdə.

Deyir, nə tökərsən aşına, o da çıxar qaşığına... Anlamırlar ki, eyni oyunlar digər məkanda öz namuslarına qarşı oynanılır. Bunlar evlərinin qapılarına qıfıl vurub çıxıb getməklə qadınlarını sığortladıqlarını düşünürlərsə də yanılırlar. Elə məhz onların sahib olduqları qadınlardır ki, evdə oturub internet üzərindən min oyundan çıxırlar. Evdən çıxanda bir geyimdə, getdiyi yerdə isə tam ayrı geyimdə olanlardır. Başqasının papağını müzakirə etməklə deyil ki, insan gərək öz papağına da güzgüdə baxsın!..

Cəmiyyətimiz qadınlarına sahib çıxmalıdır artıq! Qadınlarımıza, qızlarımıza dəyər verilməsinin, şəxsiyyət kimi yanaşılmasının vaxtıdır. Həmcinslərimə səslənirəm; sevin xanımları, semək qorumaqdı! Hörmət edin, alçaltmayın, xəyanət eyməyin, döyməyin, kobudluq etməyin qadınlara!

Qadın gələcəyin anasıdır, cəmiyyət üçün yararlı övlad böyüdən uşaqlarımızın anasıdır. Onlara xarici görünüşünə görə yanaşmayın. Məhz baxımsız, “eybəcər”, aldadılan, zorlanan, bakirəliyini itirmiş, lakin səhvini anlayan qızlarımızla evlənin, bir şans verin yeni həyat üçün. Düşünürəm ki, onların qayğıya daha çox ehtiyacı var. Bu etdiyinizi heç zaman unutmayacaqlar, təşəkkür hissi ömrünün sonuna qədər sizi təqib edəcək.

Gözəl, həm də bakirə qızla evlənməyə nə var ki?!... Onlara sahib çıxmaq istəyən çox olacaq. Bədbəxt edilənləri xoşbəxt etməyə çalışın. Təki qadınlarımızın gözü yaşlı qalmasın. İçimizdəki şeytan məğlub olsun. Xeyir qalib gəlsin. Onsuz da həyat bumeranq kimidir, etdiyin hər əməl qarşına çıxır bir gün...
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031