manera.az
manera.az

“Nazirin xanımı” təqdim olunub

“Nazirin xanımı”  təqdim olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar Mədəniyyət İşçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.

Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova (Jivka) Hacı İsmayılov (Pera), əməkdar artistlər Şəlalə Şahvələdqızı (Dara), Aslan Şirinov (Çeda), Məsmə Aslanqızı və aktrisa Şəhla Əliqızı (Anka), aktyorlar Vüsal Mustafayev (Raşa), Ləman İmanova (Nata), əməkdar artistlər Əminə Babayeva (Sava xala), Əjdər Həmidov (Vasa dayı), İlham Hüseynov (Ninkoviç), Sabir Məmmədov (Rista), Firuz Xudaverdiyev (müəllim), aktyor Cümşüd Zeynalov (Polis) ifa edir.

Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib.


Qeyd edək ki, iki hissəli səhnə əsərinin premyerası 2014-cü il fevral ayının 5-də keçirilib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30