manera.az
manera.az

“Generalın son əmri” oynanılıb

📅 15.10.2016 13:13


 “Generalın son əmri” oynanılıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşası oynanılıb.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində rolları xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Füzuli Hüseynov, Mehriban Xanlarova, Dilarə Əliyeva, Almaz Amanova, Sənubər İsgəndərli, Ayşad Məmmədov, İlham Hüseynov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Ramin Şixəliyev, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov ifa edir.

İki hissəli tragikomik misteriyanın premyerası 2014-cü il sentyabrın 19-da keçirilib.


Baxış sayı - 1 816 | Yüklənmə tarixi: 15.10.2016 13:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031