manera.az
manera.az

Qürbətdən gələn məktublar... _MANERA

📅 05.02.2016 15:22

Qürbətdən gələn məktublar... _MANERA

Fevralın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-diplomat Həsən Həsənovun “Qürbətdən gələn məktublar” əsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq.

Səhnə əsərinə Xalq Artisti, kinorejissor Mərahim Fərzəlibəyov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova ifa edəcək.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə mərhum aktyor, Xalq Artisti Əliabbas Qədirov canlandırıb.


Baxış sayı - 1 926 | Yüklənmə tarixi: 05.02.2016 15:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930