manera.az
manera.az

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub

📅 09.10.2026 15:46

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub
Enn Karson sözügedən sahə üzrə 2026-cı ilin laureatı elan edilib.

O bu mükafata klassik ənənə ilə oynaq dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və yenilikçi yaradıcılığına görə layiq görülüb.

Kanadalı şair, yazıçı, esseist və tərcüməçi Enn Karson (Anne Carson) 21 iyun 1950-ci ildə Toronto şəhərində anadan olub. O, həmçinin antik ədəbiyyat tədqiqatçısı və universitet professorudur. Toronto Universitetində təhsil alan Karson 1981-ci ildə doktorluq dərəcəsi qazanıb. ABŞ və Kanadanın nüfuzlu universitetlərində, o cümlədən Prinston, Nyu-York və Miçiqan universitetlərində dərs deyib. Yaradıcılığında qədim yunan mifologiyasını müasir ədəbiyyatla birləşdirərək poeziya, nəsr və esse janrlarını özünəməxsus şəkildə sintez edir. Ən məşhur əsərləri arasında "Autobiography of Red", "The Beauty of the Husband", "Nox və Red Doc" yer alır. Ədəbi fəaliyyətinə görə iki dəfə "Griffin" poeziya mükafatına, "T. S. Eliot" mükafatına, 2020-ci ildə "Asturiya Şahzadəsi" ədəbiyyat mükafatına və 2021-ci ildə "PEN/Nabokov" mükafatına layiq görülüb.

Xatırladaq ki, Laszlo Krasznahorkai sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.


Baxış sayı - 12 | Yüklənmə tarixi: 09.10.2026 15:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031