manera.az
manera.az

“Müfəttiş” əsərinin məşqlərinə başlanılıb - MANERA.AZ

📅 20.10.2015 10:34

“Müfəttiş” əsərinin məşqlərinə başlanılıb - MANERA.AZ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rus yazıçısı və dramaturqu Nikolay Qoqolun “Müfəttiş” əsərinin məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elxan Quliyev, Pərviz Bağırov, Kazım Abdullayev, Aslan Şirin, Şəlalə Şahvələdqızı, Elşən Cəbrayılov, Kazım Həsənquliyev, Əsgər Məmmədoğlu, aktyorlar Elnur Qədirov, İlahə Həsənova, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Cümşüd Zeynalov iştirak edirlər. Tamaşanın premyerasının yaxın vaxtlarda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, M.Mikayılov Dövlət Akademik Milli Dram Teatrında “Xanuma”, “Şah və şair, “İlahi oyun” tamaşalarına quruluş verib.


Baxış sayı - 1 513 | Yüklənmə tarixi: 20.10.2015 10:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930