manera.az
manera.az

Тələbələr “Nadir şah” tamaşasını izləyiblər

Тələbələr “Nadir şah”  tamaşasını izləyiblər

Bakı Ali Neft məktəbinin kollektivi Akademik Milli Dram Teatrında Yunus Oğuzun eyniadlı əsəri əsasında hazırlanan “Nadir şah” tamaşasını izləmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru Əməkdar Artist Vidadi Həsənov, quruluşçu rəssamı İlham Elxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Həsənovadır. Döyüş səhnələrinə Əməkdar Artist Pərviz Məmmədrzayev, rəqslərə Lalə Hacıyeva quruluş verib.
Tamaşada Nadir şah obrazını Xalq artisti Ramiz Novruz ifa etmişdir. Janrı iki hissəli dramatik xronika kimi təyin olunmuş tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Elşən Rüstəmov, İlham Hüseynov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, Amid Qasımov, Ramin Şıxəliyev, Şamil İbrahimov, Oqtay Mehdiyev, Vüsal Mustafayev, Vüqar Hacıyev, Elgün Həmidov, Əminə Babayeva, Könül Cəfərzadə, Sabir Məmmədov və Adil Dəmirov çıxış etmişdir.

Tamaşada Bakı Ali Neft məktəbinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişdir. Müəllim və tələbə heyəti aktyorların oyununu gurultulu alqışlarla müşaiyət etmiş, təqdim edilən tamaşadan məmnun qaldıqlarını bildirmişlər.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031