manera.az
manera.az

“Qürbətdən gələn məktublar” nümayiş olunub

📅 21.11.2016 17:00

“Qürbətdən gələn məktublar” nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-diplomat Həsən Həsənovun “Qürbətdən gələn məktublar” əsəri əsasında səhnələşdirilmiş eyniadlı ikihissəli dram-tamaşa nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Manera.az-a bildirilib ki, səhnə əsəri xalq artisti, kinorejissor Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanıb. Tamaşanın quruluşçu rəssamı əməkdar mədəniyyət içisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova ifa edib. Səhnə əsərində Mirzə Fətəli Axundzadənin obrazını xalq artisti Ramiz Məlik canlanıdırıb.

Bu günümüzlə səsləşən tamaşa M.F.Axundzadənin oğlu Rəşidin həyatından, onun ailəsi və cəmiyyəti qarşısında olan vəzifələrindən bəhs edir.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrın səhnəsində 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə xalq artisti Əliabbas Qədirov, sonra isə İlham Əsgərov canlandırıb.


Baxış sayı - 1 308 | Yüklənmə tarixi: 21.11.2016 17:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031