manera.az
manera.az

Musiqi festivalı keçiriləcək

📅 23.11.2016 13:30

Musiqi festivalı keçiriləcək
Xalq artistinə həsr olunan musiqi festivalı keçiriləcək Xalq artistinə həsr olunan musiqi festivalı keçiriləcək

Xalq artisti Ramiz Mustafayevin anadan olmasının 90 ili tamam olur.

Manera.az-ın məlumatına görə, bəstəkarın yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcək. Festival çərçivəsində noyabrın 23-də Azərbaycan Dövlət Mahnı Teatrında “Ötən illərin nəğmələri” mahnı gecəsi, 24 və 25 noyabrda Azərbaycan Dövlət Filarmoniyasında konsertlərin keçirilməsi, 26 noyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Vaqif” operasının premyerası nəzərdə tutulub.

E.Mustafayev6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romans bəstələyib, 200-dən artıq xalq mahnısını xor üçün işləyib. Azərbaycanda xor sənətinin bugünki inkişafı Ramiz Mustafayevin adı ilə bağlıdır. Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin xoruna rəhbərlik edən sənətkar 82 illik ömür yolunun 65 ilini musiqi sənətinin inkişafına həsr edilib.


Baxış sayı - 1 355 | Yüklənmə tarixi: 23.11.2016 13:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031