manera.az
manera.az

“Vaqif” operası yeni quruluşda

📅 20.11.2016 13:00


“Vaqif” operası yeni quruluşda
Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Ramiz Mustafayevin “Vaqif” operasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Manera.az-a bildirilib ki, yeni quruluşda təqdim olunacaq səhnə əsərinin nümayişi bəstəkarın 90 illiyinə həsr olunub.

Tamaşada teatrın aparıcı solistlərindən xalq artisti Əli Əsgərov, əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Əkrəm Poladov, Fərid Əliyev, Cahangir Qurbanov, İlkin Əhmədov, gənc solistlər Taleh Yahyayev, Tural Ağasıyev və Səbinə Əhmədova çıxış edəcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.


Baxış sayı - 1 404 | Yüklənmə tarixi: 20.11.2016 13:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930