manera.az
manera.az

Görkəmli bəstəkarın yubiley tədbiri olacaq | MANERA.AZ

📅 16.10.2015 11:15

Görkəmli bəstəkarın yubiley tədbiri olacaq | MANERA.AZ

Oktyabrın 30-da Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Bir sıra mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə baş tutacaq tədbirdə bəstəkarın xatirəsinə həsr olunmuş konsert proqramı da planlaşdırılır.

Gecədə Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrı və Xalq Artisti Gülbacı İmanovanın dirijorluğu ilə Azərbaycan Dövlət xor kapellası konsert proqramı ilə çıxış edəcək. Konsertdə dünya bəstəkarlarının əsərləri ilə yanaşı, Vasif Adıgözəlovun da musiqilərinə müraciət olunacaq.

Qeyd edək ki, böyük musiqiçilər nəslinin layiqli davamçısı Vasif Adıgözəlov müxtəlif janrlı əsərlərində həmişə zamanın nəbzini duyub. Müxtəlif illərdə bəstələdiyi opera, simfoniya, simfonik poema, fortepiano, skripka, violonçel üçün konsertləri, oratoriya və musiqili komediyaları bəstəkara böyük şöhrət gətirib. Onun yaradıcılığı irihəcmli əsərlərlə yanaşı, populyar mahnı janrının gözəl nümunələri ilə də zəngindir.


Baxış sayı - 1 610 | Yüklənmə tarixi: 16.10.2015 11:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930