manera.az
manera.az

Bakıda keçirilən “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başa çatıb

Bakıda keçirilən “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başa çatıb
Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində iyulun 9-10-da keçirilən “İsti günlər” Beynəlxalq Musiqi Festivalı paytaxtımızın sakinlərinə və şəhərimizin qonaqlarına xoş anlar yaşadıb

Festivalın ikinci gününün konserti Anna Sedokova və Ciqanın artıq yeddi ildir ki, ifa etmədikləri mahnı ilə açılıb. Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra tamaşaçıları “Miracle” mahnısı ilə sevindirib. Sonra “Arsenium”, “Serebro” qrupları, Emil Kadırov, Denis Klyaver, Mitya Fomin, Tünzalə Ağayeva, Stas Mixaylov çıxış ediblər. Daha sonra Emin, Keti Topuriya, Nikolay Baskov, Loboda “Nastroyeniye AMOR” mahnısını birgə ifa ediblər.

Səhnədə tamaşaçılara səmimi hisslərini ifadə edən festival iştirakçıları Azərbaycan mətbəxinin şirniyyat və yeməklərinin çox dadlı olduğunu xüsusilə vurğulayıblar.

Festivalda maraq doğuran məqamlardan biri də mahnıların həm səhnədə, həm də “Sea Breeze” istirahət mərkəzinin hovuzu ətrafında təqdim edilməsi olub.

Festivalın sonuncu günündə dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə Qriqori Leps, Emin, Nikolay Baskov və Aleksey Vorobyov “Sinyaya veçnost” mahnısını ifa ediblər.

Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayıblar. “İsti günlər” Festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişirlər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunurlar.

“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün davam edəcək, artistlərin və çıxışların sayı da artacaq.

Festival çərçivəsində atəşfəşanlıq təşkil edilib.



Bakıda keçirilən “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başa çatıb
Bakıda keçirilən “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başa çatıb
Bakıda keçirilən “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başa çatıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031