manera.az
manera.az

Xalq teatrları festivalı - MANERA.AZ

Xalq teatrları festivalı - MANERA.AZ

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq Bakı şəhər xalq teatrlarının festivalı keçirilir.

Builki festival Mərdəkan xalq teatrının 95 illik yubileyinə həsr olunub.

noyabrın 10-dək davam edəcək festivala start verilib.

Festival xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq məqsədilə keçirilir.

Festivalın ilk günü idarənin tərkibində fəaliyyət göstərən mədəniyyət evlərindən 7 kollektiv çıxış edib.

Qeyd edək ki, builki Bakı şəhər xalq teatrları festivalında iştirak edən kollektivlərin mövzuları məhz Mərdəkan xalq teatrının 95 illik fəaliyyəti dövründə oynanılmış əsərlərdən seçilib.
Xalq teatrları festivalı - MANERA.AZ
Qalibləri tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək.

Noyabrın 10-da Mərdəkan Mədəniyyət Sarayında festivalın qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək. Qaliblər Qran-pri, 1-ci, 2-ci, 3-cü yerlər, həmçinin müxtəlif nominasiyalar üzrə təltif ediləcək.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031