manera.az
manera.az

Xalq Artistinin anadan olmasının 90 illiyinə həsr edilən yubiley tədbiri keçiriləcək MANERA.AZ

Xalq Artistinin anadan olmasının 90 illiyinə həsr edilən yubiley tədbiri keçiriləcək MANERA.AZ


Noyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış müğənni, Xalq Artisti Gülağa Məmmədovun anadan olmasının 90 illiyinə həsr edilən yubiley tədbiri keçiriləcək.

MANERA.AZ xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, sənətkarın yaxınlarının, ailə üzvlərinin, sənət dostlarınin, musiqisevərlərin qatılacağı tədbirdə Gülağa Məmmədovun ömür yolundan, yaradıcılığından söz açılacaq. Gecədə sənətkarın repertuarından mahnılar səsləndiriləcək.

Gülağa Məmmədov Azərbaycan musiqi mədəniyyətinin çiçəklənməsində əməyi olan sənətkarlardandır. O, şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansamblında, simfonik orkestrlərlərlə birgə çıxışlar edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında çalışıb.

O, 1952-ci ildən ömrünün sonuna qədər AzTV-nin Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031