manera.az
manera.az

Danış mənə o hisslərdən... -ŞEİR

📅 14.09.2016 09:00

Danış mənə o hisslərdən... -ŞEİR
Rüzgar Mövsüm



Necə deyim bu eşqimin vergülünü, nidasını?
Ay sevgilim, sən özün ver eşqə acan bu ürəyin qidasını!
Çalış anla hər küləyin, hər yağışın mənasını!
Bilirsənmi məhəbbətin saitini, samitini, hecasını?
Ya eşqi seç, ya dostluğu, ya da ki, heç hansını!
İlbizlərə etibar et oxunmamış sevgimizin mahnısını!
İstəyirəm o günlərdən bu günlərə sevinc qatım, sən deyirsən ”Daha gecdir, gedim yatım!”
İçimdəki məni məndən mənimsəmə.
İstəyimə lağ eləmə, gülümsəmə!
Yatmış duyğularını qoy oyadım, sən deyirsən ” Daha gecdir gedim yatım!”
Danış mənə o hisslərdən.
İçindəki sevgi adlı səmalardan, dənizlərdən.
Eşq sözünü silək ataq!
Qalsın iki tənha otaq?
Lazımdırmı bu gecənin zülmətində eşqimizi basdıraraq günaha bataq?
Bu fikirləri gərək atım. Sən deyirsən ”Daha gecdir,gedim yatım!”
Gün doğanda eşidərik həsrətin iniltisini.
Yada salar ilk görüşü, son zəngin cingiltisini.
Anlarsan bu baharın mən adlı itgisini.
Gərək özüm-özümü aldadım?
Sən deyirsən” Daha gecdir, gedim yatım! ”
Solan güllər söylər mənə könlündəki nəğmələrin avazından,
Gülüşündən, baxışından və nazından.
Birdən-birə buza dönən şaxta vuran yazından.
Bəlkə mən də buz kimi əriyim çaylarda batım?
Sən deyirsən ”Daha gecdir, gedim yatım! ”
Sən nə vaxtsa həsrətin tutumunu ölçmüsənmi?
Yara görə əzablardan, qəzəblərdən keçmisənmi?
Bu hicranın alovunda yana – yana , o qıyqacı baxışları ana – ana bu dünyada yaşayaraq,
O dünyaya köçmüsənmi?
Daşıyaraq bu sevdanı, zamanı necə aldadım?
Sən deyirsən ”Daha gecdir gedim yatım!”


Baxış sayı - 1 842 | Yüklənmə tarixi: 14.09.2016 09:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031